Badamdarda açıq ərazidə yanğın olub - VİDEO

18:00 05.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda açıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qamışlıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 100 kv.m. sahədə qamışlıq yanıb.

Yaxınlıqda yerləşən tikililər və kommunikasiya xətləri yanğından mühafizə olunub.